Ermənistan Baş naziri Nikol Paşinyan genişmiqyaslı kadr dəyişikliklərinə hazırlaşır.
Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Ermənistan nəşri yazıb ki, Baş nazirin məqsədi 2026-cı il parlament seçkilərində idarəolunan və səsləri təmin edə biləcək təcrübəli komanda formalaşdırmaqdır: “Dəyişiklik hakim partiya və bütün hökumət üzvlərinə şamil olunacaq”.
Nəşr qeyd edib ki, bu günlərdə hakim komandanın iclasında növbədənkənar seçkilərlə bağlı məsələ üç saata yaxın müzakirə olunub:
“Amma Paşinyan belə qənaətə gəlib ki, komanda növbəti seçkilərə hazırlaşmalıdır, növbədənkənar seçkilər olmayacaq”./teleqraf
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta