AZ

Mayk Pompeo Putindən danışdı O, yalnız gücə hörmət edir

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti sədrliyində keçiriləcək sülh danışıqları Rusiyanın faktiki qələbəsi ilə nəticələnərsə, bu, uzunmüddətli sülhə deyil, növbəti münaqişənin başlanğıcına zəmin yaradacaq.

Milli.Az xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş dövlət katibi, respublikaçı siyasətçi Mayk Pompeo "Financial Times" nəşrinə müsahibəsində səsləndirib.

O, Donald Trampın ilk prezidentlik dövründə bu vəzifədə çalışıb.

"Dövlət katibi olaraq birbaşa Vladimir Putinlə danışıqlarda iştirak etmiş biri kimi deyə bilərəm ki, o, yalnız gücə hörmət edir. Tramp bunu anlayır. Onun NATO müttəfiqlərini müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağa təşviq etməsi göstərir ki, onun yanaşması, bəzən ənənəvi diplomatiyanın nəticə vermədiyi hallarda belə, effektiv ola bilir", - deyə Pompeo bildirib.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
news.milli.az

2Mənbələr