AZ

Autizm əlamətlərini aradan qaldıran dərman kəşf edildi

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Stanford alimləri bir dozadan sonra autizm əlamətlərini aradan qaldıran dərman kəşf ediblər.

AzPost bildirir ki, epilepsiyaya qarşı hazırlanmış Z944 (uleksakaltamid) dərmanı sensor məlumatların işlənməsi ilə əlaqəli beyin bölgəsinin aktivliyini aşağı salır. Nəticədə, üzzərində eksperiment aparılan siçanlarda işığa və səsə qarşı həssaslığın artması, təkrarlanan hərəkətlər, sosial təcrid, qıcolmalara meyl kimi simptomlar aradan qalxıb.

Alimlər hesab edirlər ki, autizm və epilepsiyanın ümumi mexanizmləri ola bilər. Bu da autizm spektri pozğunluğu olan insanlarda qıcolmaların yüksək riskini izah edir.

Bununla belə, tədqiqat indiyə qədər siçanlar üzərində aparılan təcrübələrlə məhdudlaşır. Z944 epilepsiyaya qarşı klinik sınaqlardan keçir. Onun autizm müalicəsində mümkün istifadəsi hələ çox uzaqdadır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azpost.info

2Mənbələr