AZ

Paşinyan Qarabağa görə SSRİ-ni ittiham etdi

  Armenia’s Prime Minister Nikol Pashinyan holds his annual press conference in Yerevan on January 31, 2025. (Photo by KAREN MINASYAN / AFP)
“Ermənistanın Müstəqillik Bəyannaməsinin bəzi müddəaları ziddiyyətlidir”.


Referans Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, bəyannamə qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib, (separatçı) “Qarabağ” hərəkatının möhürünü daşıyıb.

“Bəyannamənin əsas ideoloji müddəaları ziddiyyətlidir, 1950-ci illərdən Sovet İttifaqı tərəfindən tədricən, amma ardıcıl olaraq bizə aşılanan kollektiv vətənpərvərlik modelini ifadə edir. Sovet İttifaqının biz ermənilər üçün formalaşdırdığı vətənpərvərlik modeli İkinci Dünya müharibəsində qalib gələn və Şimali Atlantika Alyansı ilə münaqişəyə girmiş SSRİ-nin ambisiyalarının cənub-qərb istiqamətini ifadə edirdi.

Digər tərəfdən, bu model Ermənistan SSR-də mövcud olan vətənpərvərlik hislərinin respublika ərazisindən kənara çıxarılmasını (işğalçı məqsədlər naminə – red.) təmin etmək məqsədi daşıyırdı. Bu ideologiya onilliklər ərzində kitablar, filmlər, tamaşalar vasitəsilə aşılanıb və “Qarabağ” hərəkatına (işğal və separatizmə – red.) gətirib çıxaran da məhz bizim sosial-psixologiyamızdır.

Biz hamımız həmin – SSRİ-nin formalaşdırdığı sosial-psixologiyanın 90-cı illərdə Ermənistan Respublikasında formalaşmış nəsillərə ötürülməsinin daşıyıcısı idik və həmin sosial-psixologiyanın dərin və şüuraltı məqsədi Ermənistanın ətrafında real kontekstdə müstəqil dövlətin mövcudluğunun strateji cəhətdən mümkünsüz etmək idi.

Baş nazir kimi əlimdə olan məlumatlar və reallığın tam və hərtərəfli təhlili məni sarsılmaz bir qənaətə çatdırdı ki, biz “Qarabağ” hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”.

Paşinyan qeyd edib ki, Qarabağ münaqişəsi davam etsəydi, Ermənistan müstəqilliyi və dövlətçiliyini itirəcəkdi:

“Biz Ermənistanın müstəqilliyini qoruyub saxlamaq və bu müstəqilliyi reallığa çevirmək üçün strategiya qəbul etmişik və bu strategiyanın ifadəsi Real Ermənistanın ideologiyasıdır ki, bununla Ermənistanla Azərbaycan arasında sülh, Türkiyə ilə real dialoq mümkün oldu”.  

Seçilən
32
4
referans.az

6Mənbələr