AZ

Simonyan Bakı ilə razılaşma barədə: Bunun dəyərini indi daha çox bilirik

BAKI, 23 avqust. TELEQRAF

“Son hadisələr Ermənistan üçün yeni tarixi imkanlar yaradıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Son hadisələr (Azərbaycanla sülh sazişinin paraflanması və nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma – red.) dövlətimiz üçün yeni tarixi imkanlar yaradıb, Ermənistanın müstəqilliyi və suverenliyini daha da möhkəmləndirib. Bu gün biz müstəqilliyimizin, suverenliyimizin dəyərini hər zamankindən daha çox dərk edirik. Müstəqilliyimizi möhkəmləndirən, ölkəmizi inkişaf etdirmək, vətəndaşlarımızın layiqli həyatını təmin etmək imkanı verən sülhdür”, - spiker bildirib.

Seçilən
25
6
teleqraf.com

8Mənbələr