AZ

Harri Keyn - 2023/24 mövsümündən bəri ən çox qol vuran futbolçu

Harri Keyn Bundesliqanın 1-ci turu çərçivəsində “Leypsiq”ə qarşı oyunda (6:0) het-trik edib.

İdman.biz xəbər verir ki, ümumilikdə “Bavariya”nın hücumçusu Almaniya çempionatında 64 oyunda 65 qol vurub.

Bu, ingiltərəli futbolçunun Münhen klubuna keçdiyi 2023/24-cü illər mövsümündən bəri Avropanın aparıcı 5 liqasında ən yaxşı göstəricidir. Keynin ən yaxın izləyicisinin həmin dövr ərzində 59 qolu var.

Həmçinin Keyn Bundesliqada 8-ci het-trikinə imza atıb - bu onun “Tottenhem”də Premyer Liqada keçirdiyi 10 mövsüm ərzində etdiyi het-triklərin sayı ilə eynidir.

İdman.biz

Seçilən
29
1
idman.biz

2Mənbələr