AZ

Naxçıvanda “Rəqəmsal İnsan Hüquqları” mövzusunda məlumat sessiyası keçirilib

Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumat sessiyası keçirilib.

İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə Ombudsman Aparatının, ictimai birliyin, həmçinin məhkəmə, prokurorluq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, eləcə də media qurumlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının şöbə müdiri Vahidə Bayramova rəqəmsal hüquqların müasir hüquq elminə yeni istiqamət verməsi, elektron mühitdə yaranan ictimai münasibətlərin tənzimlənməsində insan hüquqlarının rolu və bu çərçivədə təşkil olunan məlumat sessiyasının əhəmiyyəti barədə məlumat verib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri Esmira Tağıyeva rəqəmsal insan hüquqlarının əsasını təşkil edən ifadə azadlığı, şəxsi həyatın qorunması, şəxsi məlumatların icazəsiz toplanması və digər fundamental prinsipləri beynəlxalq və milli hüquq kontekstində təhlil edib.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
29
1
turkustan.az

2Mənbələr