AZ

Ukraynadan Rusiyaya aparılan daha 4 uşaq geri qaytarılıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin "Bring Kids Back UA" (Uşaqları Geri Qaytarın) proqramı çərçivəsində daha dörd uşaq evlərinə qaytarılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak öz “Telegram” kanalında məlumat verib.

Yermakın sözlərinə görə, bu qaytarılma Qətər dövlətinin beynəlxalq vasitəçiliyi və Ukrayna Ombudsman Aparatının səyləri nəticəsində mümkün olub.

Ukrayna mediasının məlumatına görə, Rusiya tərəfi bu uşaqları əvvəlcə Ukraynanın işğal olunmuş ərazisində yerləşən internat uşaq evindən Rusiyaya qanunsuz şəkildə aparıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitro Lubinetsin bildirdiyinə görə, Ukrayna ərazisinə qarşı genişmiqyaslı hücum başlayandan bu günə qədər 19 mindən çox uşaq zorla Rusiyaya aparılıb. Onun sözlərinə görə, minə yaxın uşaq artıq geri qaytarılıb və bu istiqamətdə işlər davam etdirilir.

Seçilən
15
6
azedu.az

7Mənbələr