AZ

“Transxəzər qaz boru kəməri” layihəsi yenidən güdəmdə

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Hazırda “Transxəzər qaz boru kəməri” layihəsinin reallaşdırmaq üçün gözəl şərait, fürsət yaranıb. Əgər Xəzərin dibi ilə Türkmənistandan qaz, Qazaxıstandan neft boru kəməri çəkmək mümkün olsa, bu layihələrin ölkəmiz üçün onilliklərə yayılan çox böyük faydası olacaq”.

“Cebheinfo.az”xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

O bildirib ki, Avropa İttifaqı üzvü olan ölkələrin neft və qazla təminatı üçün tranzit ölkə olmaqla yanaşı, gələcəkdə Qazaxıstan neftinin emalı və neft məhsullarının satışından ciddi qazanc götürmək mümkün olacaq:

“Yeri gəlmişkən, Türkmənistanda neft emalı ciddi inkişaf edib, bir müddətdir ki, ölkəmizin “Aİ 95” (“Premium”) markalı benzinlə təminatının bir qismini Türkmənistandan həyata keçiririk, yəni ordan alırıq”. 

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr