AZ

“Beşiktaş” İngiltərə klubuna təklif göndərdi

"Vest Hem"in futbolçusu Emerson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" Braziliya əsilli italiyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "Guardian" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 31 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, "Vest Hem" Emersonu 2022-ci ilin yayında "Çelsi"dən transfer edib.

İtaliya millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
3
bizim.media

7Mənbələr