AZ

Böyük Britaniya ordusunun Keniyada törətdiyi yanğınla bağlı zərərçəkənlərə təzminat ödəyəcək

Böyük Britaniya hökuməti dörd il əvvəl hərbi təlim zamanı Keniya ərazisində baş vermiş yanğından zərər çəkən minlərlə insana təzminat ödəməyə razılaşıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, məhkəmədənkənar razılaşmaya əsasən, 2021-ci ildə Keniyanın Rift Vadisində yerləşən Lolldaiqa qoruğunda baş vermiş yanğınla bağlı 7 min 723 nəfər iddiaçı mülkiyyətlərini itirdiklərini və sağlamlıq problemləri ilə üzləşdiklərini bildiriblər. Böyük Britaniyanın Nayrobidəki Yüksək Komissarlığının sözçüsü yanğını son dərəcə təəssüf doğuran hadisə adlandırıb və qeyd edib ki, hökumət iddiaların həlli üçün xeyli vaxt, səy və resurs sərf edib.

Rəsmi London ödənilən məbləği açıqlamasa da, işə baxan vəkil Kevin Kubai BBC-yə bildirib ki, zərərçəkənlərə ümumilikdə 2,9 milyon funt sterlinq ödənilib. O, nəticəni ən yaxşı mümkün razılaşma kimi qiymətləndirib. Bununla belə, bir çox iddiaçılar aldıqları məbləğin itkilərini tam qarşılamaq üçün kifayət etmədiyini deyiblər. Vəkil Kubai vurğulayıb ki, əks halda hər bir iddianın ayrıca sübut olunması üçün məhkəmə prosesi daha yeddi ilə qədər uzana bilərdi və dörd ildən sonra sübutların çoxunun itirildiyini nəzərə alsaq, bu, olduqca çətin olardı.

Seçilən
20
3
yeniazerbaycan.com

4Mənbələr