AZ

Antalyada dənizə girənlər dəri xəstəliklərinə yoluxur SƏBƏBİ bəlli oldu

ain.az bildirir, Bizim media portalına istinadən.

Türkiyənin Antalya şəhərində istirahət edənlər dənizə girdikdən sonra qaşınmalar və dəri yanmalarından şikayət edirlər.Bizim.Media “Sözcü” qəzetinə istinadən xəbər verir ki, buna səbəb dəniz suyunun temperaturunun artması və sahillərin çirklənməsi ilə bəzi orqanizmlərin sürətlə çoxalması imiş.

 

Akdeniz Universitetinin professoru Mehmet Gökoğlu bu barədə açıqlama verib ki, Antalyada sahilyanı ərazilərdən dənizə daxil olan sıx çirklənmə müşahidə olunur.

Belek, Acısu, Beşgöz çayı, Aksu və Kopak çayları kimi məntəqələrdən gələn tullantılar dəniz ekosisteminə təsir göstərib.

 

İstilik və çirklənmə səbəbindən bəzi orqanizmlər sürətlə çoxalıb. Xüsusən də dənizə girərkən bədənində hər hası çızıq, yara olan adamlar daha çox əziyyət çəkirlər.

Professor tövsiyə edib ki, mümkün xəstəlik əlamətlərinin qarşısının alınması üçün suya girməzdən əvvəl və sonra mütləq duş alınmalıdır.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
2
bizim.media

3Mənbələr