Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub 7000 manat oğurlayıb.
Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.