AZ

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

Tərtərdə yol qəzasında üç nəfər xəsarət alıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, Borsunlu-Hindarx yolunun rayon ərazisində keçən hissəsində qeydə alınan qəzada "BMW" və "Hundai" toqquşub.
 
Nəticədə Tərtər rayon sakinləri 27 yaşlı Əsgərzadə Vaqif Yalçın oğlu, 21 yaşlı İsayev Elgiz Çingiz oğlu və 63 yaşlı İsmayılov İlqar İsmayıl oğlu xəsarət alıb.
 
Yaralılar Tərtər Rayon mərkəzi Xəstəxanasına aparılıb.
 
Fakt araşdırılır.
 
Seçilən
48
12
moderator.az

10Mənbələr