AZ

Səbail rayonunda NARKOTİK ƏMƏLİYYATI - 10 kiloqram marixuana aşkarlandı

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Onun avtomobilindən 10 kiloqram 45 qram narkotik vasitə olan marixuana aşkarlanıb. E.Məmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və pul müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Məmmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Seçilən
42
33
Ajans.az

10Mənbələr