AZ

ADSEA Kürdə balıq və digər su bioloji resurslarının məhv edilməsilə bağlı araşdırmalara başlayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

Bu barədə "Report"a SİMDNX-dən bildirilib.

Qeyd olunan hallarla əlaqədar olaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
6
43
report.az

10Mənbələr