"Fənərbaxça" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Vest Hem" forması geyinən Edson Alvarezi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi bir illik icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Futbolçu yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Meksika millisinin üzvü olan Edson ötən mövsüm "Vest Hem"in heyətində çıxış etdiyi 31 rəsmi matçda 1 assistlə yadda qalıb.
“Beşiktaş”ın futbolçusu Super Liqada klubunda - RƏSMİ
“Çelsi”dən “Vilyareal”a - RƏSMİ
Marko Veşoviçin yeni klubu bəlli oldu
Meksika millisinin üzvü "Fənər"də
Kerem Aktürkoğlu "Benfika"da qalacaq: "Fənərbaxça" transferi yarımçıq oldu