AZ

Üç türk ölkəsi arasında razılaşma əldə edildi

BAKI, 23 avqust. TELEQRAF

Tərəflər bərabərlik, qarşılıqlı fayda və qarşılıqlı maraqların nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin prioritetliyini vurğulayıblar. Tərəflər öz dövlətləri arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasının zəruriliyinə dair ümumi fikir bildiriblər. Tərəflər qarşılıqlı nəqliyyat əlaqələrinin gücləndirilməsinə, üç ölkə xalqlarının maraqlarına uyğun birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün əməli fəaliyyətin sürətləndirilməsinə çağırıblar.

Teleqraf xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilmiş birgə bəyannamədə bildirilib.

Bəyanatın davamında deyilir:

“Tərəflər istehsal və sənaye kooperasiyasının inkişafına diqqət yetiriblər və toxuculuq, kimya, tikinti və digər sahələrdə birgə müəssisələrin yaradılması yolu ilə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Tərəflər ticari-iqtisadi əlaqələrin stimullaşdırılmasına yönəlmiş işi dəstəklədiklərini bildiriblər və öz ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqələri, o cümlədən üç ölkənin ərazilərində sərgilər və biznes forumlar keçirmək yolu ilə aktivləşdirməyə razılıq veriblər. Tərəflər üç ölkənin xalqları arasında dostluğun möhkəmləndirilməsi məqsədilə səfərlərin təşkili və birgə tədbirlərin keçirilməsi yolu ilə üç ölkənin regionları arasında əməkdaşlığın inkişafına və genişləndirilməsinə xüsusi diqqət yetirəcəklər.

Tərəflər enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar”.

Seçilən
3
teleqraf.com

1Mənbələr