AZ

Yük maşınından tikinti materialları oğurlayan şəxslər saxlanılıb

Bakı.Trend:

Binəqədi rayonu, Biləcəri qəsəbə sakininə məxsus yükavtomobilindən 1200 manat dəyərində tikinti materiallarıoğurlanıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbirolaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlıF.Əliyev, 23 yaşlı Ə.Bağırov və 21 yaşlı N.Səfərəlizadə müəyyənolunaraq saxlanılıblar.

Qeyd edilib ki, Nəsimi rayonunda isə bir nəfərin mobil telefonuvə qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş43 yaşlı E.Qasımov da polis əməkdaşları tərəfindən tutulub.

Məlumatda bildirilib ki, faktlarla bağlı araşdırmalar davametdirilir.

Seçilən
23
21
az.trend.az

10Mənbələr