AZ

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilmə tarixini səhv saldı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə vətəndaşları təbrik edərkən tarixi səhv salıb.

Hökumət başçısı əvvəlcə sosial şəbəkələrdəki paylaşımında 1991-ci ili göstərib, daha sonra isə səhvini düzəldərək 1990-cı il tarixini qeyd edib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib.

Oxu.az

Seçilən
16
2
editor.az

3Mənbələr