AZ

Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı

ain.az, Metbuat portalına istinadən məlumat verir.

İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb.

Metbuat.az “Unikal”a istinadən xəbər verir ki, iş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib. O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb.

Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin yeməklə bağlı qiymət artımlarına etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub.

O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
30
metbuat.az

10Mənbələr