Bakı, 23 avqust, AZƏRTAC
Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, 2025-ci il Çin istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.
Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək.