AZ

Türkiyənin paytaxtı təhlükədə: Cəmi 3 ay vaxt qaldı

Ankaranın su anbarlarında içməli su ehtiyatı xeyli azalıb.

Publika.az xəbər verir ki, bu barədə Ankara Bələdiyyəsi Su və Kanalizasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, su anbarlarının ümumi doldurulması 20 avqust 2025-ci il tarixinə görə cəmi 19,42%, istifadə üçün mövcud aktiv ehtiyat isə 8,52% təşkil edir.

Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 39,41% və 31,21% olub.

Qeyd olunur ki, hər gün şəhərə 1,7 milyon kubmetrə yaxın su verilir.

Seçilən
17
publika.az

1Mənbələr