AZ

"Fənərbağça" yeni transferini elan etdi

“Fənərbağça” klubu "Vest Hem"in yarımmüdafiəçisi Edson Alvaresin keçidini rəsmiləşdirib. 

Fanat.Az xəbər verir ki, məlumatı “sarı bülbüllər”in mətbuat xidməti yayıb. 

Meksikalı futbolçu İstanbula gələrək tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atıb.

27 yaşlı futbolçu bir mövsümlük icarə müqaviləsi imzalayıb. Türkiyə nəhəngi mövsümün sonunda meksikalının transferini almaq hüququ qazanacaq.

"Çəkicdöyənlər" 2023-cü ildə Alvares üçün "Ayaks"a 38 milyon avro ödəyərək onun transfer hüquqlarına yiyələnib. Edson bu müddətdə “Vest Hem”də 73 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
 

Seçilən
66
fanat.az

1Mənbələr