ABŞ-da ibtidai sinif müəllimi şagirdlərinə cinsi zorakılıqda ittiham olunur.
Publika.az fox40.com-a istinadən xəbər verir ki, Kaliforniya ştatının Sakramento şəhərində çalışan 64 yaşlı Kim Wilson adlı pedaqoq qız şagirdləri ilə cinsi əlaqədə olub.
Nəşrin iddiasına görə, müəllim həmçinin prosesi foto və videolentə alıb.
Bildirilir ki, zorakılıq hadisəsi Kimin evində baş verib. Polis vəziyyətdən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müəllimin evində axtarış aparıblar və şübhəlinin mənzilində təcavüzə dair dəlillər aşkarlanıb.