AZ

“Gənc alimlərin yay düşərgəsi”nin iştirakçıları Qazaxın görməli yerlərinə ekskursiya ediblər

ain.az, Azertag saytına istinadən bildirir.

Qazax, 23 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə avqustun 21-dən 26-dək Qazaxda gənc alim və tədqiqatçıların iştirakı ilə “Gənc alimlərin yay düşərgəsi” keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgəyə 90 nəfər magistr, gənc alim və tədqiqatçı qatılıb.

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı düşərgə iştirakçılarına "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, Xalq şairi Səməd Vurğunun poeziya evi, Molla Pənah Vaqifin abidəsi, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” abidə kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi və parkı, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Fəxri qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər xiyabanı, Qazax Cümə məscidi, Qazax Müəllimlər Seminariyası, ADA Universitetinin Qazax Mərkəzi haqqında məlumatlar verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
azertag.az

1Mənbələr