Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko Ukrayna Silahlı Qüvvələrinin "Drujba" neft kəmərinə hücumundan sonra Ukrayna prezidenti Vladimir Zelenskinin ünvanına ağır ifadələr işlədib.
Publika.az xəbər verir ki, Danko özünün "Facebook" səhifəsində Zelenskinin dəli olduğunu yazıb.
"Prezident Zelenski və onun nümayəndələri dəli olmalıdırlar. Onların "Drujba" neft kəmərinə təkrar hücumlarını başqa cür adlandırmaq olmaz", - deputat vurğulayıb.
Ölkəsinin Ukraynaya üç milyard avrodan çox yardım etdiyini qeyd edən vitse-spiker Kiyevin neft kəmərinə hücumlarının Slovakiyanın maraqlarına ziyan vurduğunu bildirib.