AZ

234 il keçdi: Köləliyə qarşı ilk üsyan Müasir köləlik necə çiçəklənir ?

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünya miqyasında yüz illər boyu davam edən köləliyə qarşı ilk böyük üsyan 1791-ci ildə Karib dənizindəki Santo Domingo adasında baş verib.

Qaynarinfo xəbər verir ki, Afrikadan zorla gətirilən kölələr 23 avqust 1791-ci ildə Fransız müstəmləkəçilərinə qarşı silaha sarılıblar. Təxminən beş il davam edən ağır döyüşlərdən sonra onlar yalnız azadlıqlarını qazanmayıblar, həm də müstəqil dövlət quraraq köləliyi ləğv edən ilk siyasi sistemi yaradıblar. Tarixə "Haiti inqilabı" kimi düşən bu proses sonrakı illərdə köləliyə qarşı hərəkatlara ilham verib.

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 1998-ci ildə bu tarixi hadisəni xatırlatmaq məqsədilə 23 avqustu "Beynəlxalq Kölə Ticarətinin Anılması və Köləliyin Ləğvi Günü" elan edib. İlk tədbir həmin il Haitidə, 1999-cu ildə isə Seneqaldakı Gore adasında keçirilib. Hazırda hər il müxtəlif ölkələrdə təşkil olunan tədbirlərlə köləliyin insanlıq tarixindəki rolu yada salınır.

Kölə ticarətinin miqyası

Coğrafi kəşflərlə genişlənən kölə ticarəti milyonlarla insanı doğma yurdundan ayırıb. Tarixi sənədlərə görə, 25-30 milyon afrikalı Atlantik və Hind okeanları üzərindən müxtəlif qitələrə daşınıb.

"Üçbucaq ticarəti" adlanan sistemdə Avropadan Afrikaya silah və sənaye məhsulları aparılıb, qarşılığında kölələr alınıb. Daha sonra kölələr Karib və Amerika torpaqlarına daşınıb, buradan əldə olunan şəkər, pambıq, qəhvə və tütün kimi məhsullar yenidən Avropaya göndərilib. Bu dövrədə Fransa, İngiltərə, İspaniya, Portuqaliya və Niderland əsas iştirakçılar olub.

Hind okeanında isə 17-18-ci əsrlərdə Avropa müstəmləkəçiləri Seyşel, Komor, Madaqaskar və Mavriki adalarına kölələr gətirərək demoqrafik mənzərəni dəyişiriblər.

İqtisadi istismar və irqçilik

Köləlik yalnız iqtisadi deyil, həm də ideoloji bir sistemi möhkəmləndirib. Qara dərililərin aşağı, ağların üstün olduğu düşüncəsi qanunlara və ictimai həyata hopub. Haiti inqilabı bu qaydaları sarsıdıb və öz azadlığını qazanmış bir xalqın onu qoruyub saxlaya biləcəyini bütün dünyaya göstərib.

UNESCO-nun "kölə marşrutu" layihəsi

UNESCO hər il 23 avqustda "Kölə marşrutu” layihəsi çərçivəsində sənətçiləri və alimləri bir araya gətirərək ortaq yaddaşın qorunmasına çalışır. Foto, video sərgiləri və elmi nəşrlərlə bu mövzu gündəmdə saxlanılır.

Müasir köləlik

Rəsmi olaraq dünyanın demək olar bütün ölkələrində qadağan edilsə də, köləlik günümüzdə yeni formalar altında mövcudluğunu davam etdirir. BMT-nin məlumatına görə, bu gün təxminən 50 milyon insan məcburi əmək, məcburi evlilik və insan alveri kimi "müasir köləlik” şəraitində yaşayır.

Hindistan, Çin, Pakistan, Şimali Koreya, Nigeriya, İndoneziya və Konqo bu halın ən çox müşahidə edildiyi ölkələr sırasındadır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
qaynarinfo.az

2Mənbələr