AZ

Paşinyan: "Qarabağ hərəkatından imtina etmək lazımdır"

Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Müstəqillik Bəyannaməsinin qəbul olunmasının ildönümü münasibətilə sosial şəbəkələrdə paylaşdığı yazıda deyilir. Onun sözlərinə görə, bu ideologiyadan imtina Ermənistanın müstəqilliyinin qorunub saxlanılması üçün lazımdır: "Əzəldən münaqişəli konteksti olan ölkə əsl müstəqilliyi qura bilməz, buna görə də Qarabağ hərəkatından imtina etmək lazımdır. Əks halda bu, Ermənistanın müstəqilliyinin ləğvi anlamına gələrdi".

Paşinyan 2020-ci ildəki 44 günlük müharibəni şərh edərək vurğulayıb ki, güzəştlərə getməməyə bilməzdi, çünki bu, Ermənistanın asılılığını gücləndirərdi və onun dövlətçiliyini şübhə altına qoyardı.

Seçilən
17
4
Ajans.az

5Mənbələr