AZ

Türkiyənin paytaxtı təhlükədə: Cəmi 3 ay vaxt qaldı

  Ankaranın su anbarlarında içməli su ehtiyatı xeyli azalıb.

Referans xəbər verir ki, bu barədə Ankara Bələdiyyəsi Su və Kanalizasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, su anbarlarının ümumi doldurulması 20 avqust 2025-ci il tarixinə görə cəmi 19,42%, istifadə üçün mövcud aktiv ehtiyat isə 8,52% təşkil edir.

Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 39,41% və 31,21% olub.

Qeyd olunur ki, hər gün şəhərə 1,7 milyon kubmetrə yaxın su verilir.

Mütəxəssislərin fikrincə, indiki cüzi ehtiyatla paytaxtı 3 aya güclə su ilə təmin etmək olar.

Çamlıdərə, Kurtboğaz, Akyar və Egekaya su anbarlarında suyun səviyyəsinin bəzi yerlərdə təxminən 40-50 metr azaldığı qeyd edilib. Nəticədə köhnə yaşayış məskənlərinin və evlərin hissələri gözə dəyir, adalar da yaranıb./publika.az  

Seçilən
13
referans.az

1Mənbələr