Türkiyənin nəhəng klublarından “Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Vest Hem Yunayted” klubundan meksikalı yarımmüdafiəçi Edson Alvaresi icarə əsasında transfer edib.
Tərəflər arasında artıq rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, 26 yaşlı futbolçu 2025–2026-cı il mövsümündə “Fənərbağça”nın formasını geyinəcək. Klub mövsüm sonunda oyunçunu birdəfəlik transfer etmək hüququna da sahibdir.
Qeyd edək ki, Edson Alvares 2023-cü ildə “Ayaks”dan “Vest Hem”ə keçmişdi. Meksika millisinin üzvü müdafiəyəyönümlü yarımmüdafiəçi kimi tanınır və həm fiziki gücü, həm də taktiki hazırlığı ilə seçilir.