"Fənərbağça" növbəti transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Edson Alvareso heyətinə cəlb edib. Meksikalı futbolçu icarə əsasında İstanbul nəhənginə keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
E. Alvares 2023-cü ilin yayından "Vest Hem"də çıxış edirdi. "Fənərbağça" gələn yay 22 milyon avro ödəyərək onu birdəfəlik transfer edə bilər.