Hazırda Rusiya ilə münasibətlər çox gərgindir. Əslində, müharibəyə görə (Rusiya-Ukrayna müharibəsi –red) münasibət yoxdur. Amma nə vaxtsa müharibə başa çatdıqda, əlaqələr mütləq qurulacaq.
Axar.az xəbər verir ki, bu sözlər Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
O əlavə edib ki, Finlandiya bu münasibətləri çox praktik və praqmatik şəkildə quracaq:
"Coğrafiyamızı dəyişə bilmərik. Rusiya ilə tariximiz olduğu kimi, gələcəyimiz də olacaq".