Bu gün Xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.