“Barselona”nın futbolçusu Robert Levandovski zədəsini sağaldıb.
Sitat.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı forvardın bu gün La Liqanın 2-ci turunda “Levante”yə qarşı oynaya biləcəyi qeyd olunub.
Xatırladaq ki, Levandovski 2 həftə əəvvəl sol bud nahiyəsindən zədə almışdı.