AZ

Minlərlə hotel “booking”i məhkəməyə verdi: Nə baş verib?

Azərbaycanda digər onlayn portallarla müqayisədə “booking.com”un payı çoxdur və rezervasiyalar bu platforma üzərindən daha çox gəlir. Platformanın bazarda mövqeyi gücləndikcə komissiya faizini artırır, şərtləri diktə edir. Hotellərin narazılığı da bu diktədəndir.

Avropanın minlərlə hoteli ilə “booking.com” onlayn platforması arasında narazılıq pik həddə çatıb. Hotellər “Booking” şirkətinin siyasətinin azad rəqabət prinsiplərini pozduğunu iddia edirlər, platformaya qarşı məhkəməyə qədər gedib çıxan təzminat davası açıblar. Hotellər şirkətin “ən yaxşı qiymət” müddəasının qanunsuz olduğunu vurğulayır, 2004-2024-cü illərdə dəymiş zərərə görə təzminatın ödənilməsinin təmin olunmasını tələb edirlər.

Qeyd edək ki, 2023-cü ildə “Booking Holdings” şirkətinin Avropadakı bazar payı 71 faiz olub, birbaşa rezervasiyaların payı isə son illərdə əhəmiyyətli dərəcədə azalıb.

Azərbaycandakı hotel və turizm şirkətlərinin də bu platforma ilə birbaşa işlədiyini nəzərə alsaq, onda yaranan problemin bizim turizm sektoru üçün də önəmli olduğu anlaşılar. Bəs bizim turizm sektorunda məsələyə münasibət necədir?

Ciddi və güclü mövqe

Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının müəllimi Ceyhun Aşurov “booking. com”un son dövrlərdə ciddi şəkildə bazar payına malik olduğunu bildirir: “Hətta deyərdim ki, Azərbaycanda da digər onlayn portallarla müqayisədə “booking.com”un payı çoxdur və rezervasiyalar bu platforma üzərindən daha çox gəlir. Bu o demək deyil ki, insanlar Azərbaycana sadəcə bu platforma üzərindən gəlirlər. Digər platformalar müqayisədə daha zəifdirlər. Platformanın bazarda mövqeyi gücləndikcə komissiya faizini artırır, şərtləri diktə edir. Hotellərin narazılığı da bu diktədəndir”. C.Aşurov bildirir ki, platforma əslində “ən yaxşı qiymət” siyasəti tələbi ilə öz mövqelərini bazarda daha da möhkəmləndirib: “Çünki bu şirkətdə peşəkar idarəetmə sistemi var və məsələlərə operativ müdaxilə edirlər. “Booking.com” bir çox hotellərdə hətta öz saytlarından heç də yuxarı qiymətlər təqdim etmir, üstəlik öz sadiq müştərilərinə əlavə bonuslar verir”.

Seçilən
17
publika.az

1Mənbələr