AZ

Zeynəb Xanlarovaya qulaq asırdıq, necə düşmən olduq? Erməni bəstəkar

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Biz uzun illər açıq və aşkar şəkildə bizə xəyanət edən bir ölkə ilə (Rusiya) əməkdaşlıq etmişik. Heç bir müsbət irəliləyiş görmədiyimiz üçün həmin ölkəyə ümid bəsləmək mənasızdır".

"Unikal" xəbər verir ki, bu barədə erməni Müğənni-bəstəkar Riçard Madlenyan açıqlayıb. 

Onun sözlərinə görə, ermənilərə həmişə ikinci dərəcəli insanlar kimi münasibət göstərilib: "Gəlin kartlarımızı dəyişib digər fövqəldövlətlə əməkdaşlıq etməyə və onun himayəsi ilə sülh müqaviləsi imzalamağa çalışaq". 

Madlenyan Azərbaycanla dinc yanaşı yaşamağa inanıb-inanmadığı sualına belə cavab verib: "Bir-birimizlə nə qədər dalaşmalıyıq? Yüz il düşmənçilik içində yaşamışıq, nəyə nail olmuşuq? Asılı vəziyyətə. Necə oldu ki, 70 min insan Hrazdan stadionuna getdi, Zeynəb Xanlarovaya qulaq asdı, səhərdən axşama qədər erməni radiosunda Azərbaycan musiqisi səsləndi, hətta bu gün də ermənilərlə azərbaycanlılar Rusiyada evlənir, 70 il bir-birimizə hörmətimiz olub, bir-birimizə sevgi bəsləyirik, sonra düşmən olduq?" 

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
unikal.az

2Mənbələr