AZ

Turist avtobus aşdı -Ölən və xəsarət alan var - FOTO

ABŞ-də Nyu-York ştatında Niaqara şəlaləsinə səfərdən qayıdan və içərisində 50 turistin olduğu avtobus aşıb, azı 4 nəfər ölüb.

Avtosfer.az bu barədə “ABC News”a istinadən xəbər verir.

Qeyd olunub ki, qəza nəticəsində onlarla insan yaralanıb. Eyni zamanda bir neçə nəfər hələ də deformasiya uğrayan avtobusun daxilində qalıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

 

**

ABŞ-nin Pembrok yaşayış məntəqəsi ərazisindən keçən avtomagistralda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər həlak olub, azı 30 nəfər isə xəsarət alıb.

Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Bildirilib ki, Niaqara şəlaləsinə ekskursiyadan Nyu-Yorka qayıdan turist avtobusu idarəetməni itirib, çuxura düşüb və aşıb.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə hospitallara yerləşdiriliblər.

Bir çox sərnişinin təhlükəsizlik kəmərini taxmadığı qeyd edilir.

FOTO QALEREYA
Seçilən
7
1
avtosfer.az

2Mənbələr