Masazır sakinləri Aztelekomun internet xidmətindən imtina edirlər...
Qəsəbənin Rəsul Rza, Nəriman Nərimanov və digərküçələrininsakinləri bildirirlər ki, bir neçə gündür ərazidə telefon və internet xətti kəsilib.Sakinlərin sözlərinə görə ümumiyyətlə bu ərazilərdə belə hallar tez- tez baş verir.Ən pisi odur ki, nasazlıqlar baş verəndən günlər sonra aradan qaldırılır, camaatı incidirlər.Bu dəfə vəziyyət daha uzun çəkir. Artıq 5- ci gündür ərazidə rabitə yoxdur.170 qısa nömrədən Xırdalan rabitə şöbəsi ilə əlaqə saxladıqda yaxın günlərdə nasazlığın aradan qaldırılacağı deyilsə də,vəziyyət dəyişmir. Ümumiyyərlə, bu ərazidə Aztelekomun internet- telefon xidmətindən kütləvi imtina həddinə çatmışıq. Ayda 27 manat telefona və internetə pul ödəyirik. Xidmət bərbad gündədir. Ödəniş bir saat gecikən kimi dərhal rabitəni kəsillər, ancaq sutkalardan bəri bizi rabitəsiz buraxıblar- deyə sakinlər kəskin etirazlarını bildirirlər. Redaksiya olaraq Abşeron rayon rəhbərliyinə, Rabitə Nazirliyi rəhbərliyinə bir daha bildirməyi borc bilirik ki, bu halda sakinlərin ram haqlı llduqlarını nəzərə alsınlar və əhali arasında narazılıq hallarının yaranmasına imkan verməsinlər. Namiq Quliyev