AZ

ABŞ-nin birinci xanımı ilə bağlı maraqlı iddia

BAKI, 23 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp mütəmadi olaraq həyat yoldaşı Melaniya Trampla məsləhətləşir və tez-tez onun fikrini nəzərə alır.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Amerikanın birinci xanımı nadir hallarda ictimaiyyət qarşısına çıxsa da mənbələr onun həyat yoldaşı ilə aktiv ünsiyyətdə olduğunu deyirlər. Məlumata görə, Melaniya gündə bir neçə dəfə Trampla mesaj və ya zənglər vasitəsilə əlaqə saxlayır.

CNN-ə görə, ABŞ prezidenti mütəmadi olaraq həyat yoldaşı ilə hətta siyasi qərarlar barədə də məsləhətləşir.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr