AZ

“Regionların inkişafı balanslı və dayanıqlı iqtisadiyyat üçün əsas şərtdir”

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafının təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə bu istiqamətdə mühüm layihələr icra olunur, infrastruktur yenilənir, sahibkarlığın inkişafı dəstəklənir. Atılan addımlar həm region əhalisinin həyat səviyyəsini yaxşılaşdırır, həm də ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Xüsusilə Qəbələ, Şəki, Quba, Lənkəran kimi bölgələrdə turizm infrastrukturuna sərmayə qoyulur. Bu sahə həm regiona investisiya cəlb edir, həm də yeni iş yerləri açır.Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və paytaxtla bölgələr arasındakı fərqin minimuma endirilməsi hökumətin həyata keçirdiyi iqtisadi siyasətin əsas hədəflərindən biridir:“Bu məqsədlə regionların inkişafına dair bir neçə dövlət proqramı hazırlanıb və icra olunmaqdadır. Proqramların əsas məqsədi bölgələrdə infrastrukturun formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi və yeni imkanların yaradılmasıdır. Son iki onillikdə regionlarda ciddi infrastruktur layihələri həyata keçirilib. Eyni zamanda, bölgələrə sərmayələrin cəlb olunması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Hazırda növbəti mərhələdə əsas hədəflərdən biri regionlara daha çox yerli və xarici sərmayənin cəlb olunmasıdır.Regionların inkişafı həm məşğulluğun artırılması, həm də ixtisaslı kadrların bölgələrdə işləməsinin təmin olunması baxımından önəmlidir”.Deputat əlavə edib ki, bu, ümumilikdə, balanslı və dayanıqlı iqtisadi inkişaf üçün mühüm amildir:“Artıq son statistika göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 50 mindən artıq vətəndaş çalışır. Bu isə regionların inkişafında yeni mərhələnin başlandığını göstərir. İşğaldan azad olunmuş ərazilərimiz həm iş yerlərinin yaradılması, həm də iqtisadi fəaliyyətlərin genişləndirilməsi baxımından mühüm rol oynayır. Lakin təkcə Qarabağ və Şərqi Zəngəzur deyil, digər iqtisadi rayonların da potensialından səmərəli istifadə olunmalı və bu bölgələrə də sərmayələr cəlb edilməlidir. Regionların inkişafı və paytaxtla bölgələr arasında tarazlığın qorunması ölkənin uzunmüddətli iqtisadi strategiyasında əsas prioritetlərdən biri kimi qiymətləndirilir”.İqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki,  Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin prioritet istiqamətlərindən biridir:

“Bu istiqamətdə müxtəlif dövrlərdə bir sıra təşviqedici addımlar atılıb və proqramlar həyata keçirilib. Lakin bu təşəbbüslərin effektli və davamlı olması üçün daha vahid və koordinasiyalı yanaşmaya ehtiyac duyulur. Regionlarda aqrar sektorun inkişafı məqsədilə aşağıdakı təşviqlər həyata keçirilib. Tütünçülük kimi sahələrin dəstəklənməsi üçün müəyyən dövrlərdə güzəştli kreditlər təqdim olunub. 2024-cü ildə bu sahədə yeniliklər edilib. Nəzərdə tutulmayan hallarda fermerlərə dəyəcək ziyanın qarşılanmasına dair əlavələr həyata keçirilib. Maldarlığın inkişafı üçün dövlət tərəfindən ödənişsiz baytarlıq xidmətləri təşkil olunub.  Regionların inkişafı məqsədilə subsidiya sistemində yeni kriteriyalar tətbiq olunub.  Fermerlərin gəlirlərinin və istehsal güclərinin artırılması hədəflənib. Regionların inkişafı tək sahəli deyil, kompleks və çoxtərəfli yanaşma tələb edən bir prosesdir. Dövlətin təşviqedici addımları mövcuddur, lakin onların daha effektiv və davamlı nəticə verməsi üçün koordinasiyalı strateji idarəetmə mexanizminin qurulması vacibdir”.Leyla Turan 

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqamətində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
demokrat.az

2Mənbələr