AZ

"Google" "Veo 3"ü hər kəs üçün PULSUZ ETDİ

"Google", realistik səsləndirməli videolar yaratmaq üçün nəzərdə tutulmuş "Veo 3" neyroşəbəkəsinə müvəqqəti olaraq pulsuz giriş imkanı təqdim edib.

Publika.az xəbər verir ki, xidmət "Gemini" istifadəçilərinə açıqdır.

Əvvəllər "Veo 3" modeli yalnız aylıq 250 dollar (təxminən 425 manat) dəyərində "Google AI Ultra Premium" tarifində mövcud idi. Daha sonra şirkət giriş imkanını aylıq 20 dollar (təxminən 4 manat ) olan "AI Pro" tarifinə də genişləndirdi. İndi isə neyroşəbəkəni bütün istifadəçilər sınaya biləcək, lakin bir hesab maksimum üç video yarada biləcək.

Təklifi aktivləşdirmək üçün mobil tətbiq və ya "Gemini"nin veb-versiyasını açmaq kifayətdir – orada müvafiq banner görünəcək. Generasiya prosesi bir neçə dəqiqə çəkir və nəticədə istifadəçi 8 saniyəlik video əldə edir.

Pulsuz müddət 25 avqust, Bakı vaxtı ilə saat 09:00-da başa çatacaq.

Seçilən
6
2
publika.az

3Mənbələr