AZ

Hazırlığa getmədən 637 bal topladı

Samux rayonunun Əhmədbəyli kənd məktəbinin şagirdi Mirzəyeva Fidan İlqar qızı qəbul imtahanında yüksək nəticə göstərib.

Modern.az-ın məlumatına görə, o, heç bir repetitor yanına getmədən 637 bal toplayıb.

Milli Qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin məzunu olan Fidan kiçik yaşlarından hüquqşünas olmaq arzusunu həyata keçirmək üçün əzmlə çalışıb.

O, Bakı Dövlət Universitetinin (dövlət sifarişi əsasında) Hüquq fakültəsinə qəbul olub.

Seçilən
15
13
modern.az

10Mənbələr