AZ

Böyük Britaniyada anti-miqrant etirazları gərginlik yaradıb

London, 23 avqust, AZƏRTAC

Böyük Britaniyanın bir sıra şəhərlərində anti-miqrant nümayişləri və onlara qarşı təşkil olunan aksiyalar zamanı qarşıdurmalar baş verib.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Bristolda polis atlı qüvvələrin köməyi ilə Kasl parkda toplaşan iki rəqib qrupu ayırmağa çalışıb. Hadisə zamanı etirazçılarla polis arasında gərginlik yaşanıb.

Horley şəhərində isə təxminən 200 nəfərdən ibarət anti-immiqrasiya qrupu ilə “Stand Up to Racism” təşkilatının 50-yə yaxın fəalı toqquşub. İrqi ayrı-seçkiliyə qarşı çıxan etirazçılar “Nifrət yox, qorxu yox, qaçqınlar buraya xoş gəlib” – şüarları, onlara qarşı çıxan qrup isə bunun əksinə şüarlar səsləndiriblər.

Miqrantların otellərdə yerləşdirilməsinə qarşı keçirilən etiraz aksiyaları, eyni zamanda Liverpul, Nyukasl, Pert, Ekseter, Tamvort və digər şəhərlərdə də təşkil olunub. Demək olar ki, bütün bölgələrdə əks-etiraz aksiyaları da planlaşdırılıb.

Xatırladaq ki, bu tip nümayişlərin artması Epping şəhərindəki “The Bell Hotel”də keçirilən aksiyalardan sonra intensivləşib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
15
4
azertag.az

5Mənbələr