"Mən nəinki "Hababam sinifi" filmində rol almışam, həm də orada rejissor köməkçisi olaraq çalışmışam. Çox sevgili Adilə Naşit, yəni Hafizə anamızla birgə "Hababam sinifi" və "Hababam sinifi, sinifdə qaldı" filmlərində rol almışam. Bundan başqa 1975-ci ildə onun rol aldığı "Ah, nərdə?" filmində də rejissor köməkçisi olmuşam. Adilə Naşit türk film və teatrında yeri dolmayacaq sənətkarımızdır. "Hababam sinifi" filmlərinə Adilə Naşit böyük bir nəşə qatdı desək yalan olmaz. Əslində yazıçı romanda Hafizə ana rolunu yazmayıb, bu sadəcə rejissorun, ssenaristin bir improvizəsi idi. O bizə həm də ana şəfqəti ilə yanaşırdı. Şən qəhqəhələri ilə rejissorun verdiyi tapşırığı həmin dəqiqə yerinə yetirirdi. Hər kəsə örnək idi. Adilə Naşitin çizdiyi xarakter əslində müəllim ilə şagird arasındakı körpünün sevgi ilə qurulması baxımından da önəmlidir"
Bunu Moderator.az-a özəl açıqlamasında “Hababam sinifi”-nin məşhur siması, Boncuğ rolunun ifaçısı Ergun Sözen deyib. O daha sonra filmin yenidən çəkilməsi haqda söz-söhbətlərə son qoyub:
"Hababam sinifi" yenidən çəkilə bilməz. Çəkilsə belə köhnə, klassik filmlərin yeri əsla dolmaz. Çünki o filmlərdəki sənətçilər xalqın könlündə taxt qurub. Nə qədər istedadlı olursa-olsun heç bir aktyor nə Kamal Sunalın, nə Munir Özkulun, nə Adilə Naşitin, nə də Tarık Akanın yerini əsla və əsla doldurmaz. Onların hamısının özəllikləri fərqlidir. Başqa məktəb filmləri, sinif hekayələri çəkə bilərlər, amma "Hababam sinifi" -ni çəkə bilməzlər. Çünki bu film türk toplumunun ən böyük mədəniyyət nümunəsidir" deyə aktyor bildirib.
