AZ

Turan Daşdəmirov gümüş qazanıb, daha bir medal şansı - YENİLƏRNİ

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün yunan-Roma güləşində növbəti medalçılar müəyyənləşib.

Azərbaycan yığmasının iki təmsilçisi medal uğrunda yarışıb.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi
55 kq

Turan Daşdəmirov (55 kq) final görüşünə çıxıb. Onun rəqibi iranlı Ahmadi Balotaki olub. 3:5 hesabı ilə uduzan Turan çempionatın gümüş medalına sahib çıxıb.

67 kq
Fəraim Mustafayev (67 kq) bürünc uğrunda Takaku Suzuki (Yaponiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, yunan-Roma güləş yığmamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr