Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Operativ Media xəbər verir ki, yunan-Roma güləşçimiz Turan Daşdəmirov gümüş medal qazanıb.
55 kq çəki dərəcəsində mübarizə aparan Turan Daşdəmirov finalda iranlı Payam Balutakiylə üz-üzə gəlib. 2:5 hesabı ilə məğlub olan idmançımız dünya ikincisi olub.
Qeyd edək ki, bu gün daha bir yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.