AZ

Müharibə iştirakçısı müəmmalı şəkildə həyatını itiribVİDEO

Ucar sakinini elektrik cərəyanı vuraraq öldürdüyü bildirilir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Bakıda baş verib.

İddiaya görə, Ucarın Qaradağlı kənd sakini 31 yaşlı Dövran Allahverdiyevi işlədiyi məkanda cərayan vuraraq öldürüb. Hadisədən sonra onun atasına ölümü ilə bağlı məlumat veriblər. Amma yaxınları ölüm səbəbinin dəqiq araşdırılmasını istəyirlər. Çünki onlara Dövran Allahverdiyevi gah “tok” vurduğu, gah da onun yıxılaraq həyatını itirdiyi deyilib. Odur ki, hadisənin dəqiq araşdırılması istənilir.  

Mərhum bu gün doğulduğu kənddə dəfn olunub.   

Qeyd edək ki, Dövran Abdullayev 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
xezerxeber.az

1Mənbələr