AZ

KİV: ABŞ cinayətkarlıqla mübarizə üçün 19 ştata Milli Qvardiya göndərəcək

ABŞ-nin19 ştatında qanunsuz miqrantlarla mübarizə və cinayətkarlıqla mübarizə üçün 1700-ə yaxın Milli Qvardiyanın əsgəri yerləşdiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Fox News" Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Milli Qvardiyanın əsgərləri əsasən Texasa göndəriləcək. Bundan əlavə, onlar Aydaho, Ayova, Alabama, Arkanzas, Vayominq, Virciniya, Corciya, İndiana, Luiziana, Nebraska, Nevada, Nyu Meksiko, Ohayo, Tennessi, Florida, Cənubi Dakota, Cənubi Karolina, Yuta ştatlarında yerləşdiriləcək.

Pentaqon rəsmisi ölkədə cinayətkarlıqla mübarizə üzrə qarşıdan gələn əməliyyatların digər təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin əmin edib ki, təmsil etdiyi qurumun digər müvafiq təsisatlarla birlikdə federal mülkiyyətin qorunması istiqamətindəki fəaliyyəti davam edir.

Seçilən
7
2
report.az

3Mənbələr