AZ

Lerikdə torpaq sürüşməsi baş verib

Lerikdə torpaq sürüşməsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, təbiət hadisəsi rayonun Çayrud kəndində qeydə alınıb.

Belə ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əmkdaşları evin hər an uçmaq təhlükəsi olduğunu bildiriblər.

Bu səbəbdən evin ətrafında tikilən istinad divarının tikintisi də dayandırılıb.

Seçilən
37
17
report.az

10Mənbələr